Kənan AYDINOĞLU.”Olsun”

Yazdı ATILLA, 3-11-2018, 10:00, в Edebiyyat

Kənan AYDINOĞLU.”Olsun”


Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.


Deyirəm, gəzdiyim ana torpağın,
Hər qarış torpağı gül-çiçək olsun.
Bitsin bənövşəsi, laləsi belə,
Gözümün önündə tək göyçək olsun.

Qədir bilən bu elin, bu obanın,
Şair üçün əyilməz bir ananın.
Məğrurlar obası Azərbaycanın,
Dizinin taqəti qoy çörək olsun.

Bəndələr əməldə düz olsun gərək,
Şairlər cahanda yüz olsun gərək.
Allaha deməyə üz olsun gərək,
Alllaha hər bəndəyə tək kömək olsun.

Sərh yazmaq