Kənan AYDINOĞLU."Ruhu Tanrıdan alıb insanın qidası muğam"

Yazdı ATILLA, 3-11-2018, 08:00, Edebiyyat

Kənan AYDINOĞLU."Ruhu Tanrıdan alıb insanın qidası muğam"


Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.


* * *

Ruhu Tanrıdan alıb insanın qidası muğam,*
Dərdləri bölüşməyin ən asan çarası muğam.

Bircə tar, bircə kaman səs salaraq tez yayılır,
Füzuli məskəninin gah ağı,qarası muğam.

Neçə il arxasında ürək dolu səslənməyən,
Qarabağ qızlarının könlünün yarası muğam.

Onu dinlədikcə bax,min sınıq qəlbə yol tapır,
Çənlibeldə yurd salan Koroğlu narası muğam.

Sarı bülbül, sona bülbül deyərək tez yayılır,
Bu ana torpağımın ən şirin balası muğam.
Sentyabr,2007

*Bu şeir ilk dəfə olaraq İctimai Radioda yayımlanan “Muğam albomu” verlişində səslənmişdir. dle 10.3

Sərh yazmaq