Kənan AYDINOĞLU."Sənsiz yaşamağın sirrini öyrət"

Yazdı ATILLA, 26-08-2018, 09:00, Edebiyyat

Kənan AYDINOĞLU."Sənsiz yaşamağın sirrini öyrət"


Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.


Ömürdü keçibdi günlərim mənim,
Kədərlə, sevinclə dolu həm də şən.
Hüsnünə aşiqkən gözündə gördüm,
Qadına vurulub, sevilməyi mən.

Doğma Sumqayıta hər gün sübh çağı,
Üz tutub, yollanmaq güzarım idi.
O vaxtlar Nəriman Həsənzadəysə,
Sevib, oxuduğum yazarım idi.

Gənclik çağlarımdan kitab toplamaq,-
Şeirlər oxumaq vərdişim oldu.
Allaha qovuşmaq istəyən andan,
Ustadım Yunusum dərvişim oldu.

Əlli illik ömür bəs edər mənə,
Adlamaz yaşım da İnşAllah yüzü.
Səni görmək üçün gözəl dünyada,
Hər dəfə tapırdım bəhanə, düzü.

Səhvlərim də olub, robot deyiləm,
Ömür yollarında almışam ibrət.
Bezdim bu dünyada biganəlikdən,
Sənsiz yaşamağın sirrini öyrət dle 10.3

Sərh yazmaq