Kənan AYDINOĞLU."Bəlkə də, görüşdük Səninlə bir vaxt"

Yazdı ATILLA, 19-08-2018, 09:00, Edebiyyat

Kənan AYDINOĞLU."Bəlkə də, görüşdük Səninlə bir vaxt"


Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.


Səmimi gülüşün gözüm önündə,
Kim deyir nazını çəkə bilmirdim?!
Gənc ikən hüsnünə aşiq olmuşdum,
Gözümü gözündən çəkə bilmirdim.

Şerimi oxuyub xoş söz deyəndə,-
Sığmırdım dünyada göyə və yerə.
“Sevgi Sarayımın Sultanı”-deyib,-
Adını gətirdim bir zaman şerə.

Şeir var oxuya bilmədim bu gün,
Bu gözəl dünyada özünə Sənin.
Səninlə olanda aşiq olmuşdum,
Sehrinə düşdüyüm gözünə Sənin.

Gözündən oxuya bilmişdim, şükür,
Bilirəm, bir zaman sevmişdin məni.
O qədər doğmaydın Sən mənim üçün,
Yenə yuxularda görürdüm Səni.

Sevgi sarısından, birgə olmamaq,-
Sən demə, ömrümə yazılıbmış baxt.
Doğma Sumqayıtda, doğma diyarda,-
Bəlkə də, görüşdük Səninlə bir vaxt.

Sumqayıt şəhəri. 9 may 2018-ci il. dle 10.3

Sərh yazmaq