Kənan AYDINOĞLU."Bəlkə də, Səninlə üz-üzə gəldik"

Yazdı ATILLA, 12-08-2018, 09:00, Edebiyyat

Kənan AYDINOĞLU."Bəlkə də, Səninlə üz-üzə gəldik"


Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.


Sənin həsrətini çəkdiyim günlər,
Gözlərim önündə, unudulmayıb.
Ömür varaqlanır bir kitab kimi,
Gözümün yaşı da qurudulmayıb.

Aylı bir gecədə Səninçün yeni,
Gərək bu dünyada corab toxuyam.
Qəzetdə bir-iki yazım çıxanda,
Elə istəyirdim Sənə oxuyam.

Səninlə hər anım tarixə döndü,
Çox şeyi öyrətdin həyatda mənə.
Ömür-gün yoldaşım olmasan belə,
Yenə minnətdaram, Səbinə, Sənə.

Gözündə kədər də, sevinc də gördüm,
Bir azca kədərli, bir az şən oldun.
Xoş anlar yaşadım Səninlə bir vaxt,
Şəhərdə ən gözəl qadın Sən oldun.

Zarafat gəlməsin, gözəl dünyada,
Nə qədər çətinə Biz sinə gərdik.
Doğma Sumqayıtda, doğma məkanda,-
Bəlkə də, Səninlə üz-üzə gəldik.

Sumqayıt şəhəri. 9 may 2018-ci il. dle 10.3

Sərh yazmaq