Kənan AYDINOĞLU."Sevgi sarayımın ilk həsrət anı"

Yazdı ATILLA, 10-06-2018, 10:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Sevgi sarayımın ilk həsrət anı"


Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.


(Lirik bəndlər)

Deyirəm gətirsin UCA YARADAN,
Hər zaman gözümün önünə səni.
Çəkib həsrətini darıxdım artıq,
Gəl qurtar həsrətin əlindən məni.

Gecəsi, gündüzü yaşanan ömrün,
Gözlərim önündə həsrətə dönər.
Qayıdıb gəlməsən, sarayına sən,
Həsrətim göz yaşı ulduz tək sönər.

Səndən ayrılalı ömür uzunu,
Kədərə qarışıb gözüm dolacaq.
Sevinc dağılacaq gözümdən mənim,
Gözümün önündə kədər olacaq.

Gərək bu dünyada fəryad qoparam,
Sevincim, sultanım səndən ötəri.
Bir şeh damlasına dönürsən deyə,
Sevgi sultanımsan məndən ötəri.

Kim deyir dünyada gizli oyunu,
Bəndəyəm Allaha aça bilmirəm.
Hayanda oldumsa ömür uzunu,
Həsrətin əlindən qaça bilmirəm.

Fəryad qoparmasam, qoca dünyada,
Bəlkə ərşə çatmaz şair harayım.
Qayıdıb gəlməsən, gözümə mənim,
Uçub dağılacaq sevgi sarayım.

Sərh yazmaq