Kənan AYDINOĞLU."Mənsiz ağlama"

Yazdı ATILLA, 10-02-2018, 09:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Mənsiz ağlama"


İncə gözlərindən axmasın yaşın,
Nə qədər bəlalar görübdü başın,
Fikir eləməkdən çatılıb qaşın,
Sənə yalvarıram mənsiz ağlama...
Cisminə od vurub,sinə dağlama...

Qəbrimin yanında yovşanlıq bitsə,
İllərin üstündən neçə il keçsə,
Ölüm haqq yoludu tək məni seçsə,
Sənə yalvarıram mənsiz ağlama...
Bükülmüş lalədən qəbrimə qoyma!

Şuşanın yolunda xalq görünməsə,
Qələbə tamından xalq öyünməsə,
Hərdən topalaşıb qəlb döyünməsə,
Sənə yalvarıram mənsiz ağlama...
Mənimçün dünyada sən yas saxlama!

Sərh yazmaq
  1. 24 oktyabr 2018 02:19
    Sitat

    Morning

    Buy Ray-Ban Sunglasses 19.95 dollars only today. Please visit our site @fashionsunglasses.online

    Thank You,

    Kənan AYDINOĞLU."Mənsiz ağlama" > Kenan Aydinoglu Offical Website


    Note: We are not spamming you; we visited your website to get contact information. If you don’t find this mail suitable please ask us to “Remove”/ “Unsubscribe”.