Kənan AYDINOĞLU."Sözünə qurban"

Yazdı DesireeTaul8, 9-02-2018, 10:00, Edebiyyat

Kənan AYDINOĞLU."Sözünə qurban"


Qardaşım Kamrana.

On yeddi baharda,on yeddi qışda,
Dediyin hər şirin sözünə qurban!
Məğrurluq eyləyib igid tək duran,
Sənin tək igidin yüzünə qurban!

Anamın dayağı, balası sənsən,
Mən köçsəm cahanda qalası sənsən,
Anamın könlünü alası sənsən,
Cahana od tökən gözünə qurban!

Dərdimin tapılan çarası kimi,
Kənanın könlünün yarası kimi,
Gözünün gah ağı,qarası kimi,
Sənin gülümsəyən üzünə qurban! dle 10.3

Sərh yazmaq