Kənan AYDINOĞLU."Ələsgərimin"

Yazdı ATILLA, 8-02-2018, 10:00, Edebiyyat

Kənan AYDINOĞLU."Ələsgərimin"


Ustad Aşıq Ələsgərin 185 illik
yubileyinə həsr olunur.

Məshəti türkləri qırılan zaman,
Söndü bir çırağı Ələsgərimin!
Yüz illik ömrünü başa vurmamış,
Tutuldu torpağı Ələsgərimin!

Göyçənin yolundan gəlib keçəndə,
Əyilib suyundan ceyran içəndə,
Aşıqlar yurdundan ayrı düşəndə,
Ağladı bulağı Ələsgərimin!

Düzündə uzanıb hərdən yatdığı,
Ceyrana, cüyürə güllə atdığı,
Yaşıl düzlərinə şeir yazdığı,
Ayrıldı yaylağı Ələsgərimin! dle 10.3

Sərh yazmaq