Kənan AYDINOĞLU."Hüseyn"

Yazdı ATILLA, 1-12-2017, 08:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Hüseyn"


Xalq şairi Hüseyn Arifə

İlahi vergiylə, təbin sirriylə,
Sən könül sözünü yazdın, Hüseyn!
Sirdaş eyləyəndən kədəri, qəmi,
Onları min yerə yozdun, Hüseyn!

Həyatın şirinin-acısın daddın,
Mürgülü könlümü elə oyatdın,
Başdan- ayağa toydun-büsatdın,
Qışa da, yaza da dözdün, Hüseyn!

Ömrünü sən verdin böyük sənətə,
O vaxtdan layiqsən uca hörmətə.
Mən heyran qalmışam sözdə qüdrətə
Oxuyanda sən xoşavazdın, Hüseyn!
Qışda da sən çiçəkli yazdın, Hüseyn!

Sərh yazmaq