Kənan AYDINOĞLU.”Elimə mənim”

Yazdı ATILLA, 22-09-2017, 09:00, в Edebiyyat

Kənan AYDINOĞLU.”Elimə mənim”


Kədər də, qüssə də qonaq olubdu,
Bu gün qan ağlayan elimə mənim!
Nədəndir, bilmirəm, qəh-qəh eyləyib,
Gülürlər bükülmüş belimə mənim?!

Zarafat xoşlamır özü həyatın,
Hərdən gülümsəyir üzü həyatın,
Çətindi hər anı ,düzü, həyatın,
Əl vurmaq istəyir telimə mənim!

Fəqət hər işinə qarışmadımsa,
Gizlində arxanca danışmadımsa,
İkiyə bölməyə çalışmadımsa
Yenə toxunmayın dilimə mənim.

Dərd-səri üst-üstə sən bilə-bilə,
Ələnən kədəri bax, silə-silə,
Tökdümsə göz yaşı mən gilə-gilə,
Dəyməyin! Dəyməyin! elimə mənim!

2008-ci il.

Sərh yazmaq