Kənan AYDINOĞLU."Məzarına baş çəkməyə gəlmişəm, XƏTAYİ BABAM!"

Yazdı ATILLA, 24-02-2017, 10:00, в Edebiyyat

Kənan AYDINOĞLU."Məzarına baş çəkməyə gəlmişəm, XƏTAYİ BABAM!"


Səfəvi dövlətinin hökmdarı, hökmdar-şair
Şah İsmayıl Xətayinin ulu ruhuna salam olsun!

Neçə ilin həsrətinə görüş ilə son qoymaqla,
Məzarına baş çəkməyə gəlmişəm, XƏTAYİ BABAM!
BÜRHANƏDDİN NƏSİMİYLƏ tarixlərdən süzülmüsən,
Məzarına baş çəkməyə gəlmişəm, XƏTAYİ BABAM!

Ömrü boyu, tarix boyu dastanlardan süzülür qəm,
Ərşə çatır fəryad kimi cahargahda enəndə bəm.
Gözdə sevinc, qəlbdə iman, əldə “QURAN”, yanaqda nəm,
Məzarına baş çəkməyə gəlmişəm, XƏTAYİ BABAM!

Sən ki mənim ruhumdasan, canımdasan ömrü boyu,
Hökmdarsan, TÜRK OĞLUSAN yanımdasan ömrü boyu.
ALLAH deyən, “QURAN” deyən anımdasan ömrü boyu,
Məzarına baş çəkməyə gəlmişəm, XƏTAYİ BABAM!

SƏHƏNDİMLƏ yada salım ŞƏHRİYARLA qardaşımı,
ƏRDƏBİLDƏN TƏBRİZƏCƏN sevməliyəm dağ, daşımı.
Sevincimdən ömrü boyu tökəndən gözüm yaşımı,
Məzarına baş çəkməyə gəlmişəm, XƏTAYİ BABAM!

Gözlərimə ələnəndən qəmlə qüssə bir də kədər,
Sevdim səni, ulu babam, axan gözüm yaşı qədər.
Ruhum ilə canımdasan ömrümün sonuna qədər,
Məzarına baş çəkməyə gəlmişəm, XƏTAYİ BABAM!

2012-ci il.mart.Sumqayıt şəhəri

Sərh yazmaq