Kənan AYDINOĞLU.Bir elmin Sultanı Zərifə xanım"

Yazdı ATILLA, 18-10-2016, 10:00, в Edebiyyat

Kənan AYDINOĞLU.Bir elmin Sultanı Zərifə xanım"


Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor,
akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə.

Bir elmin sultanı olmaq görünür,
Qismət yazılıbmış ömrün yolunda.
Gözəl ana oldu, qayğıkeş yoldaş,-
Əvəzsiz müəllim, elmin yolunda.

Yüksək mükafata layiq görülən*,-
Dünyada ən müdirk ilk qadın oldu.
Böyük Türk qadını Zərifə xanım,-
Dünya göz elminin sultanı oldu.

Doğma Ana yurdda əsrlər boyu,-
Aranıb, bulunmaz bir inci oldu.
Hippokrat dövründən bu günə qədər,-
Yeni tibb elmində birinci oldu.

Həyatı yaşadı şərəflə, məğrur,
Ulu öndərimiz-rəhbərlə birgə.
Adını dinləyib eşidən zaman,
Şadlanır, sevinir böyük bir ölkə.

Ömürdən keçdikcə günlər anbaan,
Nura boyanacaq yaşanan həyat.
Əsrlər üstündən keçsə də, belə,
Yenə yaşayacaq iki qoşa ad.

*Akademik M.İ.Averbax mükafatına layiq görülən ilk qadın olduğuna işarədir.

Sərh yazmaq